Serbiya prezidenti Aleksandr Vuçiç çevriliş təhlükəsi ilə üzləşdiyini bildirib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Serbiya prezidenti həmçinin telefonlarına qulaq asıldığını və digər imkanlardan istifadə edilərək sutka ərzində dinlənildiyini və izlənildiyini bəyan edib.

"Çevriliş məqsədilə məni dinləyirlər", - deyə A.Vuçiç söyləyib. Güman edilir ki, Serbiya prezidenti hakimiyyətin daxilindən bəzi qüvvələrin dövlət çevrilişinə hazırlaşdığı barədə bu yolla anons verib.