Ukraynanın Odessa şəhərndə dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın Odessa şəhərində yaşayan 30 yaşlı Dmitri Ponomarenkonun çılpaq şəkildə əlində kəsik başla küçədə gəzərkən görüntülənib.

Həmin şəxs görən şəhər sakinləri polisə məlumat verib. Sakinlərin şikayətindən sonra Kəsik başla şəhərdə dolaşan gənc saxlanılıb.

Daha sonra polislər həmin qatil gəncin evinə  gediblər və gördükləri mənzərə qarşısında şoka düşüblər.

Polis əməkdaşları Dmitrinin atasının başsız bədəninin yanında, 32 yaşlı ailə dostları Aleksandr Demçenkoya aid olan başqa bir parçalanmış cəsəd də tapıblar.

Polis bölməsində ifadə verən Dmitri Ponomarenkonun dedikləri hər kəsi təəccübləndirib:

“Öldürmək məcburiyyətində idim. Mən ibadət olunmayan bir tanrıyam.

İfadəsindən sonra onun narkotikin təsiri altında cinayət törətdiyi bəlli olub.