Türkiyənin Qabondakı səfirliyi “Mozart” gəmisinə nigeriyalı quldurların hücumu zamanı öldürülmüş azərbaycanlı mühəndis Fərman İsmayılovun cənazəsinin nəqli işlərini həyata keçirir.

Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin paytaxt Librevil şəhərindəki səfirliyi məlumat yayıb.

“Qvineya körfəzində “Mozart” gəmisinə basqın zamanı öldürülən azərbaycanlı qardaşımızın cənazəsinin nəqli işlərini həyata keçiririk”,- səfirlikdən bildirilib.

Məlumatda, həmçinin yaralanmış türkiyəli gəmiçilərin vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Qeyd edək ki, yanvarın 23-də Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmiyə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Gəmidə olan 19 nəfərdən 15-i girov götürülüb, 1 nəfər isə öldürülüb. Öldürülən şəxs azərbaycanlı mühəndis Fərman İsmayılovdur.