Biz hələ uzun müddət müharibədəki məğlubiyyətin səbəblərini təhlil edəcəyik. 

Unikal.org  xəbər verir ki, bunu erməni politoloq Qrant Melik-Şaxnazaryan deyib.

O qeyd edib ki, keçmiş müdafiə naziri David Tonoyan bu gün verdiyi müsahibədə ordu rəhbərliyində problemlərin olmasına diqqət çəkib: “Kim nə istəyirmişsə, onu da edirmiş. Tonoyan əlbəttə ki, yalan danışmır. Əminəm ki, sabah və ya birisi gün bütün bunlar istintaqın mövzusu olacaq. Siz keçmişdə müdafiə naziri olmuş adamın müsahibəsini oxuyanda sanki qalib gələn bir ordunun komandiri kimi danışdığını gördünüz”.

Şaxnazaryan, həmçinin ordudakı nöqsanların araşdırılmasının vacibliyini vurğulayıb