Rusiya Prezidenti Vladimir Putin Davos Dünya İqtisadi Forumunda çıxış edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, V. Putin yanvarın 27-də Davos İqtisadi Forumunda çıxış etməyi planlaşdırır.

“O ki qaldı müzakirələrə, onlar adətən qapalı rejimdə keçirilir”, - deyə D. Peskov vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Davos İqtisadi Forumunda axırıncı dəfə 2009-cu ildə çıxış edib.