Abşeron rayonu XIrdalan şəhərində baş vermiş partlayış zamanı dağılmış evlərin altında qalan şəxslərin xilasetmə işləri davam etdirilir.

Unikal.org xəbər verir ki, dağıntılar altından bir nəfərin cansız bədəni çıxarılıb.

Həmin şəxsin 1988-ci il təvəllüdlü Musayeva Aytən Tacəddin qızının olduğu bildirilir.

xxx

20:25

Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 6 nəfər çıxarılıb. Onlardan birinin vəziyyəti ağırdır.

Unikal.org  xəbər verir ki, bu barədə hadisə yerində olan Abşeronun icra başçısı İradə Gülməmmədova bildirib.

Hadisə zamanı, bir avtomobil də dağıntılar altında qalaraq yarasız hala düşüb.

xxx

Fövqəladə Hallar Nazirliyi Xırdalan şəhərində baş verən partlayışla bağlı rəsmi məlumat yayıb.

FHN-dən  Unikal.org-a bildirilib ki, 25 yanvar 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Xirdalan şəhəri 27-ci məhəllə adlanan ərazidə uçqunla müşayiət olunan partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə FHN-in müvafiq qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, uçqun ikimərtəbəli fərdi yaşayış evində baş verib, partlayış dalğasının təsirindən yaxınlıqdakı binaların şüşələri sınıb. FHN-in əməkdaşları tərəfindən operativ olaraq biri qadın və biri uşaq olmaqla iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq axtarış-xilasetmə əməliyyatı davam edir.

Əlavə məlumat veriləcək".

xxx

19:03

Abşeron rayonu, Xırdalan şəhərində partlayış baş verib.
Unikal.org-un məlumatına görə, hadisə şəhərin mərkəz hissəsində həyət evində qeydə alınıb.
Partlayışdan sonra evdə yanğın başlayıb.  Xəsarət alan var.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Əlavə məlumat veriləcək.