Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 1 il əlavə dəyər vergisindən azad olunacaq.

Unikal.org-un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.

Başqa sözlə, vergidən azadetmə 2022-ci ilədək davam edəcək.

Xatırladaq ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək ƏDV ödənişindən azad edilmişdi.

Digər dəyişikliklə Azərbaycanda kəpəyin istehsalı və satışı vergidən daha 1 il vergidən azad olunur.

Kəpəyin istehsalı və satışı 2021-ci il yanvarın 1-dək vergidən azad edilmişdi.

Layihəyə əsasən, həmçinin Azərbaycanda aksizli malların siyahısı genişləndirilməsi təklif edilir.

Aksizli malların siyahısına aşğıdakılar daxil edilir:

- Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər;

- Qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları.

Həmçinin Azərbaycanda bir neçə aksizli malların dərəcələri artırılır.

Siqarillanın (nazik siqarlar) 1000 ədədinə aksiz dərəcələri 31 manatdan 43 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 31 manatdan 35 manata, elektron siqaretlər üçün maye – hər litrinə 20 manatdan 220 manata qaldırılır.(report)