Ermənistanda birləşmiş müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyan növbədənkənar parlament seçkiləri barədə danışıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Manukyan Nikol Paşinyan hakimiyyətinin təşkil edəcəyi hər hansı erkən seçkilərdə iştirak etməyəcəklərini açıqlayıb.

"Paşinyan təşkil edərsə, erkən seçkilərə qatılmayacağıq. Bəli, növbədənkənar parlament seçkiləri Nikol Paşinyanın baş nazir kürsüsündə oturduğu müddətdə keçirilərsə, biz bu seçkilərdə iştirak etməyəcəyik. Paşinyan istefa verməlidir", - deyə Vazgen Manukyan bəyan edib.