Avropa Şurası Parlament Assambleyasına (AŞPA) baş katib seçilib.  

Unikal.org xəbər verir ki,  Despina Tsovilis bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən səsvermədə qurumun yeni baş katibi seçilib.

O, öz vəzifəsinin icrasına martın 1-dən başlayacaq və beş il müddətində bu vəzifəni icra edəcək.

Qeyd edək ki, Despina Tsovilis bu vəzifəyə seçilən ilk qadındır.

Bundan başqa, Avropa Şurasının Baş katibinin müavini postuna da seçkilər keçirilib. Norveçdən olan Byorn Borge Türkiyədən olan namizəd Leyla Kayacıka üstün gələrək bu vəzifəyə seçilib.