Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani koronavirusa yoluxub.

Unikal.org xəbər verir ki, bu barədə nazir özünün “Facebook” hesabında paylaşım edib.

Bildirib ki, yanvarın 23-də yoluxmuş şəxslə təmasda olduqdan sonra “PZR” testi verib və nəticəsi müsbət olub. Nazir özünü yaxşı hiss etdiyini və evdə müalicə aldığını qeyd edib.