Türkiyənin Milli Müdafiə Nazirliyi İŞİD terror təşkilatı üzvlərinin həbsi ilə bağlı məlumat yayıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, 12 İŞİD-çi saxlanılıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, saxlanılan 12 nəfərdən 5-i Rusiya vətəndaşıdır.

Hazırda araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.