Türkiyədə İŞİD terror təşkilatının 126 üzvü həbs olunub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyədə İŞİD terror təşkilatına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirilib. Əməliyyat Balıkesir şəhəri mərkəz olmaqla, eyni vaxtda 58 müxtəlif bölgədə təşkil olunub.

Xüsusi əməliyyat çərçivəsində barələrində saxlanılma qərarı çıxarılmış 148 nəfərdən 126-sı saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir. Saxlanılanlar haqqında araşdırmalar aparılır.