Azərbaycan Xarici İşlər Nazirliyi Latviyanı müstəqilliyinin tanınmasının 100 illik yubileyi münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, təbrik mətni qurumun tvitter səhifəsində paylaşılıb.

“Latviyanın müstəqilliyinin de-yure tanınmasının yüzilliyi münasibətilə Latviyanı səmimi-qəlbdən təbrik edirik! Latviya xalqını və Latviya XİN-dəki həmkarlarımızı bu tarixi gün münasibətilə təbrik edirik!”, - paylaşımda bildirilib.