“Dünya növbəti pandemiyaya hazır deyil”.

Unikal.org  “RİA Novosti”yə istinadən məlumatına görə, bunu “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts deyib.

B. Qeyts ümid edir ki, iki ildən sonra vəziyyət fərqli görünəcək: “Testlər, dərmanlar, epidemiologiya, monitorinq - edilə biləcək çox şey var" deyən B.Qeytsin sözlərinə görə, COVID zəlzələ, tornado və ya iqlim dəyişikliyi qədər gündəlik həyatın bir hissəsinə çevrilib.

“Microsoft” korporasiyasının qurucusu deyib ki, hökumətlərin qarşısında duran problem vətəndaşları bu hadisələrdən qorumaqdır: “Onsuz da bu pandemiya zamanı hazırlıq bir az daha yaxşı olsaydı, böyük bir fərq olardı".

"Bu pandemiya dəhşətlidir, ancaq gələcək bir pandemiya on qat daha pis ola bilər", - deyə B.Qeyts əlavə edib.