Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Unikal.org xəbər verir ki, həlledici oyun Atatürk Olimpiya Stadionunda keçirilib.

Super Liqanın son çempionu “Başakşəhər”lə ölkə kubokunun sahibi “Trabzonspor” Türkiyənin ən yaxşısını müəyyən etmək üçün üz-üzə gəlib. İstanbullular tarixində ilk dəfə bu həyəcanı yaşayıbsa, Qara dəniz təmsilçisi 12-ci Superkubok matçına çıxıb.

Qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. Hesab 1:1 olarkən Aleksandru Yepuryanu 73-cü dəqiqədə qırmızı vərəqə aldığından, “Başakşəhər” qalan dəqiqələri azlıqda keçirib. Bundan yararlanan trabzonlular son dəqiqələrdə vurulan qol sayəsində minimal hesabla qalib gəlib.

Bununla “bordo-mavililər” 2010-cu ildən sonra ilk, ümumilikdə isə 9-cu dəfə Superkuboku muzeyinə aparmağı bacarıb. Baş məşqçi Abdullah Avcı isə ilk kubok sevincini yaşayıb.