Gürcüstanda qanunverici orqanın binası qarşısında aksiya təşkil olunub.

Unikal.org Gürcüstan KİV-ə istinadən xəbər verir ki, qeyri-hökumət təşkilatlarının nümayəndələri və gənclər ölkədə koronavirus səbəbiylə tətbiq olunan məhdudiyyətlərin qaldırılmasını və ictimai nəqliyyatın bərpa edilməsini tələb ediblər.

Etirazçılar bəyan edib ki, məhdudiyyətləri tətbiq edən məmurlar "özləri bahalı maşınlarda gəzirlər və tək nəqliyyat vasitəsi olaraq taksi ilə qalan insanları görmür və eşitmirlər".

"Ciplərdən insanları görə bilməzsiniz, ölkədəki mühitin açılması gərəkdir", - deyə aksiyaçılar bildirib.