İtaliyanın “Yuventus” klubunun və Portuqaliya millisinin futbolçusu Ronaldo karantin qaydalarını pozmaqda ittiham olunur.

Unikal.org-un məlumatına görə, ulduz hücumçunun sevgilisi Corcina Rodriqeslə birgə koronavirusa qarşı protokolu pozduğu iddia edilib.

Cütlük Pyemont və Valle-Daosta arasında sərhədi keçərkən qaydalar çərçivəsindən çıxıblar.

Onların sərhədi aşma səbəbi Corcinanın 27-ci yaş gününü dağ xizəyi kurortunda qeyd etmək olub. 

Ronaldo və sevgilisinin Val Veni yamacında gəzdikdən sonra Kurmayora qayıdıb. Bu zaman onlar rəsmən bağlı olan oteldə məskunlaşıblar. Bu, internetdə yayılan videoda da əksini tapsa da, tezliklə görüntülər silinib.