Tanınmış fitnesçi, məşhur idmançı  Fövqi Əfəndi "#zallaraçılsın" haştaqilı ilə paylaşım edib.

Unikal.org xəbər verir ki, idmançı zalların bağlı qalmasına etiraz edib: 
"Məsələni bir il kökündən kəsmək professional və düzgün həll yolu deyil. 1 illik pandemiya praktikamız və dünya praktikası da hal hazırda bunu göstərir . 
Restoran ,kafe ve bu kimi insanların sosiallaşdığı məkanlarla risk yönündən heç bir fərqi yoxdur zalların.
Hətda digərlərindən fərqli olaraq immun sistemini gücləndirəcək yeganə sahə fitnes sahəsidir.
Qonşu ölkələrdən nümunə göstərərək bu pandemiya dövründə qərar verən TƏBİB rəsmilərindən xahişimiz yenə ən azından qonşu ölkələrdən nümunə alaraq idman zallarının açılmasına şərait yaratmaqlarıdır.
Şəxsi adıma fitnes sahəsinin mütəxəssisi olaraq zalın açılma şərtlərini ,qaydalarını formalaşdırmağa kömək etməyə təmannasız hazıram".

Qeyd edək ki, mətbuatda F.Əfəndinin  2 il öncə müğənni Səmra Rəhimli ilə sevgili olduğu iddia edilirdi.