“Bizə şəhidlərin oxuduğu məktəbə onların adlarının verilməsi ilə bağlı müraciətlər daxil olur. Təklif edirəm ki, küçələrə adlar verilən zaman şəhidlərin adlarına üstünlük verilsin”.

Unikal.org-un xəbərinə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Qanunvericiliyi şəhid ailələrinin xeyrinə dəyişmək daha yaxşı olar”, - deputat bildirib.