Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən xəbərə görə, rayonun Pirkənd kəndi ərazisində Daşkəsən rayon sakini T.Nuriyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Vəziyyəti ağır olan R.Əliyev xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.