“Türkiyə Texnologiya Vəqfi olaraq texnofestival çərçivəsində Azərbaycan ilə əməkdaşlıq etmək istəyirik”.

Unikal.org xəbər verir ki, bunu “Bayraktar TB2” pilotsuz uçuş aparatının yaradıcısı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni Səlcuq Bayraqdar deyib.

“Yaxın zamanlarda Azərbaycan ilə bu məsələdə təmaslarımız olacaq”, - o vurğulayıb.