Yaxın Şərq regionunda koronavirusla bağlı vəziyyət gərginləşib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, COVID-19 səbəbi ilə bu regionda yoluxma və ölüm saylarında artım müşahidə olunub.

Tunisdə 267 yeni yoluxma faktı, 87 nəfərin ölümü qeydə alınıb. Bu ölkədə ümumi yoluxma sayı 212 679 nəfərə, ölüm sayı isə 6 980 nəfərə yüksəlib. Bundan başqa BƏƏ-də 12, Səudiyyə Ərəbistanında 3, Əlcəzairdə 2, Küveytdə 1 nəfər dünyasını dəyişib.