Ukraynanın Energodar şəhərində istilik elektrik stansiyasında partlayış baş verib.

Unikal.org xəbər verir ki, partlayışdan sonra elektrik stansiyasında yanğın baş verib. Hadisə yerinə xilasetmə maşınları göndərilib.

Bununla da şəhərdə elektrik enerjisi kəsilib, şəhərin yarısı qaranlığa qərq olunub. 

Həmçinin, səlahiyyətli şəxslər vətəndaşları evlərinin pəncərələrini açmamaq barədə xəbərdar ediblər.