“Təcili Tibbi Yardım Stansiyalarına müraciətlərin sayı 2019-cu illə müqayisədə 2020-ci ildə 82 faiz artıb”. 

Unikal.org xəbər verir ki, bunu İcbari Tibbi Sığorta Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2020-ci ildə 1252 sayda ürək- damar cərrahiyyəsi həyata keçirilib: “Uşaqlar üzərində bu əməliyyatlar 68 nəfərdə aparılıb”.

Onun sözlərinə görə, Tibbi ərazi bölmələri üzrə ən çox müraciət Şəki-Zaqatala bölgəsi üzrə olub. Z. Əliyev qeyd edib ki, 2021- ci il üzrə xəstəxanaların sayı üzrə dərman vasitələrinin çeşidinin genişləndirilməsi nəzərdə tutulur.