Dünyada koronavirusa yoluxanların sayı 105 milyonu keçib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, dünya ümumi yoluxma sayı 105 003 605 nəfər təşkil edib. Ümumilikdə COVID-19 səbəbindən 2 280 754 nəfər həyatını itrib, 76 749 443 nəfər isə virusa qalib gələrək sağalıb.

Ən çox yoluxma və ölüm sayı ABŞ-da qeydə alınıb. Bu ölkədə 27 150 457 nəfər koronavirusa yoluxub. ABŞ-ı Hindistan, Braziliya və Rusiya izləyir.