İranın Rusiyadan aldığı vaksinlərin yarım milyon dozalıq partiyası paytaxt Tehrana çatdırılıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, İran Rusiya istehsalı olan "Sputnik V" vaksinlərindən 2 milyon doza sifariş verib.

Koronavirusa qarşı vaksinlərin 500 min dozalıq partiyası İrana çatdırılıb. Yerdə qalan hissənin də yaxın günlərdə İrana gətiriləcəyi və vaksinasiya prosesində istifadə olunacağı bildirilib.