Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 105 milyon 135 min 227 nəfərə çatıb.

Unikal.org Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 284 min 333 nəfərdir. İndiyədək 76 milyon 855 min 846 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 218 ölkədə qeydə alınıb.