"Bu səfərlər bir növ faktaraşdırıcı missiya xarakterlidir. Diplomatlar öz gözləri ilə bu dağıntıları görür və öz ölkələrinə məlumat verirlər”. 

Unikal.org-un xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. 

O bildirib ki, ermənilər sanki cəsədlərdən qisas alırmış kimi siyasət yeridiblər: “Bu,  vandalizmin en eybəcər formasıdır. Beynəlxalq ictimaiyyət bunu görməli, illər ərzində törədilən vəhşiliklərdən xəbərdar olmalıdır”.