“Biz Azərbaycanın yaxın tərəfdaş olduğu ölkələrin, beynəlxalq təşkilatların işğaldan azad olunmuş ərazilərdə yenidənqurma prosesində iştirakını görmək istərdik”. 

Unikal.org-un xəbərinə görə, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə işğaldan azad olunmuş ərazilərə səfəri zamanı deyib. 

O bildirib ki, Azərbaycan həmçinin beynəlxalq təşkilatların, xüsusilə UNESCO-nun və digərlərinin fakttoplama prosesində iştirakını və hesabat hazırlamalarını görmək istəyir: “Bu mədəni, dini yerlərin Ermənistan tərəfindən necə dağıntılara məruz qoyulmasının sənədləşməsini istəyirik”. 

H. Hacıyevin sözlərinə görə, Azərbaycan 30 ilə yaxın dağıntılarla bağlı faktaraşdırıcı missiyalar göndərməklə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, bu, heç vaxt baş verməyib: “Bu gün artıq imkan var, hər şey açıqdır. Onlar gələ bilərlər”.