Azərbaycan və Ermənistan arasında növbəti dəfə hərbi əsirlərin mübadiləsi baş tutub.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, bir nəfər Azərbaycana, 5 hərbi əsir isə Ermənistana qaytarılıb. Əsirlərin mübadiləsi Qarabağdakı Rusiya sülhməramlılarının komandanı, general-leytenant Rüstəm Muradovun nəzarəti altında həyata keçirilib.