Fevralın 9-da Moskvada Rusiya və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında məsləhətləşmə xarakterli görüş keçirilib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, Rusiya Federasiyası Xarici İşlər nazirinin müavini Andrey Rudenko və Azərbaycan XİN başçısının müavini Xələf Xələfov arasında görüş strateji əməkdaşlıq münasibətlərinə xas olan ənənəvi dostluq və konstruktiv dialoq mühitində baş tutub.

Görüş zamanı ikitərəfli münasibətlər, həmçinin regional və beynəlxalq miqyasda aktual məsələlər müzakirə olunub.