“Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ölkə vətəndaşlarımızla bərabər Qırğızıstan, Tacikistan və Əfqanıstan vətəndaşları da təhsil alır”.

Unikal.org xəbər verir ki, bunu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.

Onun sözlərinə görə, hər il digər dövlətlərdən də burada təhsil almaqdan ötrü müraciətlər olunur: “Bu da bizim məktəbin potensialını göstərir”.