Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb
Kəmaləddin Heydərov BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yanvarın 18-də BMT-nin Azərbaycana yeni təyin olunmuş rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının (İP) rezident nümayəndəsi Antonius Bruklə görüşüb.
K. Heydərov FHN və onun tabeliyində olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib, həmçinin, nazirliklə BMT-nin müvafiq qurumları arasındakı ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının zəruriliyini qeyd edib.
Öz növbəsində, qonaq aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da dərinləşməsi üçün birgə səylərin davam etdiriləcəyinə əminliyini bildirib.
Görüş zamanı FHN-lə BMT İP arasında imzalanmış "Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi" layihəsinin icrasının gedişatı ilə bağlı bir sıra məsələlər də müzakirə olunub.