Türkiyədə ekstremal hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, ölkənin Çorum, Amasya, Samsun, Ordu və Tokat şəhərlərində şiddətli qar yağması gözlənilir.

Bununla bağlı sakinlərə müraciət olunub. Bildirilib ki, yolların buz bağlaması, bəzi ərazilərdə qar uçqunu təhlükəsi, güclü külək və qar fırtınası proqnozlaşdırılır. Əhalidən zəruri olmadıqca yaşayış yerini tərk etməmək, hava şəraitini nəzərə almaq xahiş olunub. Əlverişsiz hava şərtlərinə uyğun tədbirlər görmək tövsiyə edilib.