Gürcüstanda ötən sutkada koronavirusa 165 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 265 722, ölənlərin sayı isə 3 363-ə çatıb.

Son 24 saat ərzində daha 639 nəfər sağlaraq evə buraxılıb. Sağalanların ümumi sayı 258 732-yə yüksəlib.