Türkiyədə PKK terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ağrı şəhərində jandarm qüvvələri tərəfindən xüsusi əməliyyat keçirilib. PKK ilə əlaqəli olan 12 nəfər saxlanılıb. Daha 1 terrorçunun həbsi ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.