"İnstagram" hesablarını oğurlamağın yeni metodu aşkarlanıb. Bu üsulla hesablar saxta müəllif hüquqları şikayətləri ilə ələ keçirilir. 

Unikal.org  xəbər verir ki, xüsusilə də "ad soyad1234" kimi asan şifrələrə üstünlük verən istifadəçilər böyük təhlükə ilə üz-üzədirlər. Amma bu üsulla güclü parollara sahib hesablar belə, oğurlana bilir.

Bu yolla istifadəçilərə  yeni metodla istifadəçilərə "Instagram Customer Service” adlı saxta hesabdan mesaj göndərilir. Mesajda istifadəçinin hesabı ilə bağlı müəllif hüquqları şikayətlərinin qeydə alındığı və təsdiqləndiyi bildirilir. Mesajın sonundakı linkə daxil olmadığınız təqdirdə hesabınızın 24 saat ərzində tamamilə silinəcəyi yazılır. Linkə daxil olan istifadəçi hesabını öz əlləri ilə kiber cinayətkara ötürür.

Xatırladaq ki, "İnstagram"ın istifadəçiyə hər hansı şəkildə xüsusi mesaj göndərməsi mümkün deyil. Hesabla bağlı problem varsa, "İnstagram" bu barədə e-poçt və ya tətbiqdaxili bildiriş göndərir.