İlham Əliyev facebookda bp-ilə bağlı status yazdı
İlham Əliyev facebookda bp-ilə bağlı status yazdı

Azərbaycan prezidenti İlham Əliyev rəsmi tvitter və facebook hesabında bp ilə SOCAR arasında münasibətlərdən bəhs edən status paylaşıb.
Dövlət başçısı bu statusunda ötən bp-nin ünvanına səsləndirdiyi ittihamlara yenidən toxunub.
Prezident bp ilə SOCAR arasında qarşılıqlı anlaşmanın bərpa edildiyini bildirib: "Mən çox şadam ki, bir qədər əvvəl Nazirlər Kabinetinin toplantısında neftin hasilatı ilə bağlı dediyim narahatedici sözlər bizim tərəfdaşlar tərəfindən düzgün anlaşıldı və görülən tədbirlər nəticəsində deyə bilərəm ki, 2013-cü ildə neftin hasilatı sabitləşəcəkdir. Bp şirkəti ilə aparılan danışıqlar nəticəsində biz buna nail olduq. Mən çox şadam ki, bp ilə SOCAR arasındakı qarşılıqlı anlaşma bərpa edildi və uzun tarixə malik olan bu əlaqələr bu gün yeni mərhələyə çıxır".
Xatırladaq ki, prezident İlham Əliyev ötən il də BP şirkətini yanlış proqnozlar verməkdı ittiham etmişdi: "Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə "Azəri", "Çıraq" yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılıb, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilib. Konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində "Azəri", "Çıraq" yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlayıb... Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir".