Türkiyədə koronavirusa qarşı vaksinasiyadan keçən insanların sayı 4 milyonu keçib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib. Bildirilib ki, 4 milyondan çox insan vaksin olunub.

"Bu gün 500 mindən çox adam vaksin olunur. Bu say artdıqca həyatımızdaki sual işarələri azalacaq", - deyə türk nazir bildirib.