Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən məhkəməyə çıxarılıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, böhtan ittihamı ilə mühakimə olunan Navalnı proses zamanı prokuroru danlayıb.

Məhkəmənin gedişindən narazı olan siyasətçi hazırda salonda yeni cinayət işi baş verdiyini deyərək ittihamların qondarmalığına işarə edib. Onun vəkili Olqa Mixaylova isə "Bir cinayət işi yox, iki", - deyə replika verib.

Bundan sonra Navalnı prokurora müraciət edib: “Sonralar siz orda-burda gəzib deyəcəksiniz ki, Navalnının sözlərini eşidəndə ürəyim ağrıyırdı, özümü pis hiss edirdim?".

Prokuror Navalnının məzəmmətini cavabsız qoyub. Hazırda məhkəmə prosesi davam edir.