Rusiyada son sutka ərzində koronavirusa 13 233 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 086 090 nəfərə çatıb. Rusiyada son sutkada 459 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 80 979 nəfərdir. İndiyə qədər 3 624 663 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.