Əfqanıstanda polislərə hücum edilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Fəryab əyalətində baş verib. Hadisə nəticəsində 7 polis nəfəri həyatını itirib.

Bildirilib ki, naməlum şəxslər tərəfindən əvvəlcədən quraşdırılmış bomba partladılıb. Partlayış nəticəsində həmçinin yaralananların olduğu deyilir.

Terror aktının məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib. Araşdırmalar davam etdirilir.