Dünyanın aparıcı avtomobil şirkəti "Geely group"a məxsus "Terrafugia", "Transition" adlı uçan avtomobillərə görə Amerika Aviasiya İdarəsindən rəsmi təsdiq alıb.

Unikal.org  xəbər verir ki, əvvəlcə yalnız təyyarə olaraq istifadə ediləcək "Transition" saatda 161 kilometr sürət əldə edə biləcək.

Uçan avtomobil gücünü 100 at qüvvəsi olan Rotax 912iS mühərrikindən alır və saatda maksimum 161 kilometr sürətə çatır.

Pərlər sayəsində yerdən qalxa bilən vasitə, lazımi icazələri aldığı təqdirdə 2022-ci ildən etibarən yalnız təyyarə kimi deyil, eyni zamanda uçan avtomobil kimi də istifadə ediləcək.