Ermənistan hakimiyyətinə dəstək mitinqində insident yaşanıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Gümrü şəhərində keçirilən aksiyada təşkilatçılarla yerli sakinlər arasında dava düşüb. "Vardanants" meydanında naməlum şəxslər təşkilatçıları yumurta atəşinə tutublar.

Paşinyan tərəfdarları yumurta atan şəxsləri döyüblər. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlandığını açıqlayıb.