Türkiyədə güclü qar avto qəzalara səbəb olub.

Unikal.org məlumatına görə, 3-cü liqa təmsilçisi “Fatsa Bələdiyyəspor” da xoşagəlməz halla üzləşib.

Futbol komandasını “Çankaya” ilə səfər matçına aparan avtobus Ankara yaxınlığında qəzaya uğrayıb.

Avtobusun aşması nəticəsində sürücü ciddi xəsarət alıb, futbolçular və məşqçilər yüngül yaralarla qurtulublar.