Hindistanda bədbəxt hadisə baş verib. 

Unikal.org xəbər verir ki,  Danjavur şəhərində evlərin birinə meymun sürüsü girib. Bu zaman evdə nəzarətsiz qalan 8 günlük əkizlər heyvanların hücumuna məruz qalıb. Qonşuların xəbərdarlığı ilə evə qayıdan ailə körpələrdən birinin yerində olmadığını görərək, polisdən yardım istəyiblər.  

Polis qrupları meymunların izinə düşüblər. Uzun axtarışdan sonra körpənin cansız bədənini aşkar ediblər.

Qeyd  edək ki, Hindistanda bu cür hadisələr tez-tez baş verir.