"Allah yolunda ölənlərə ölü deməyin!".

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Trabzon təşkilatının konfransında çıxışı zamanı deyib.

"Bir neçə gündür ki, şəhidlərimizin acısına üzülürük. Son hadisə Türkiyənin PKK ilə mücadilədə İraqın şimalında və Suriyada keçirdiyi əməliyyatların sərhədlərimizin təhlükəsizliyi, gələcəyimiz üçün nə qədər önəmli olduğunu isbat etdi. Terrora terror, qətliama qətliam deyə bilməyən qrupların oyunları ortaya çıxdı. Amma biz bilirik ki, şəhidlik yox olmaq deyil. Allah yolunda ölənlərə ölü deməyin", - deyə Ərdoğan bəyan edib.