ABŞ-da son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 52 685 yoluxma halı qeydə alınıb.

Unikal.org xəbər verir ki, son 24 saat ərzində koronavirusdan 985 ölüm halı baş verib.

ABŞ dünyada koronavirusa yoluxma və ölüm sayına görə liderdir. ABŞ-da indiyədək 27,6 milyondan çox şəxs koronavirusa yoluxub, COVID-19 diaqnozu qoyulmuş 486 mindən çox xəstə ölüb.