Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) ölkənin müxtəlif ərazilərində əməliyyat keçirib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, əməliyyat əsasən, Şimali Qafqaz regionunu əhatə edib.

İslamçı olduğu deyilən 19 şəxs terrora cəhd və təxribat-diversiya fəaliyyətlərinə hazırlıqda şübhəli bilinərək saxlanılıb. Hazırda araşdırmaların davam etdiyi bildirilib.