Türkiyənin Bursa şəhərində intihar hadisəsi baş verib. 

Unikal.org xəbər verir ki, Uludağ Universiteti Tibb Fakültəsinin həkimi olan Mustafa Yalçın  "xizək sürmək" adı ilə evdən çıxıb.  Daha sonra evə geri qayıtmayan gənc həkimin ailəsi narahat olub. Onlar meşədə bir müddət axtarış etdikdən sonra aidiyyatı qurumlara müraciət ediblər.  Xilasetmə qrupları gecə saatlarında həkimin cansız bədənini aşkar ediblər. 

Tibbi ekspertiza zamanı Mustafa Yalçının intihar etdiyi öyrənilib. Onun anestezik dərman içdiyi bildirilib.